Blokçeyn: Təhlükəsiz, Müdaxiləyə davamlı və Şəffaf

Rəqəmsal sənəd, əməliyyat və data üçün ən təhlükəsiz, şəffaf və müdaxiləyə davamlı texnologiya

Blokçeyn: Təhlükəsiz, Müdaxiləyə davamlı və Şəffaf

Rəqəmsal sənəd, əməliyyat və data üçün ən təhlükəsiz, şəffaf və müdaxiləyə davamlı texnologiya

Blokçeyn texnologiyasının əsasları

Blokçeyn texnologiyası nədir?

Günümüzün ən qabaqçıl texnoloji tendensiyalardan biri olan Blokçeyn paylanmış databaza və ya reyestrin bir növüdür. Bu, blokçeyni yeniləmək səlahiyyətinin ümumi və ya özəl kompüter şəbəkəsinin nodları və ya iştirakçıları arasında paylanması deməkdir. Bu paylanmış reyestr texnologiyası (DLT) kimi tanınır. Blokçeyn databazası datanı zəncirdə bir-birinə bağlı olan bloklarda saxlayır.

Blokçeyn datanın təhlükəsizliyini necə təmin edir?

Blokçeyn dəyişməzliyi dəstəkləyir, yəni bir dəfə yazılan datanın silinməsi və ya dəyişdirilməsi mümkün deyil. Dəyişməzlik o deməkdir ki, şəbəkə daxilində data dəyişdirilə bilməz. Ənənəvi databazalar dəyişilməzlik nümayiş etdirmir və buna görə də dələduz administrator və ya üçüncü tərəf müdaxilələri tərəfindən manipulyasiyaya daha çox meyllidirlər.

Nə üçün Hyperledger Blockchain seçməlisiniz?

Hyperledger Fabric açıq mənbəli, korporativ, paylanmış reyestr platformasıdır. Linux Foundation IBM, SAP və Intel tərəfindən yaradılan layihəni idarə edir. O, qabaqcıl məxfilik nəzarətinə malikdir, belə ki, yalnız paylaşılmasını istədiyiniz data “icazə verilmiş” (məlum) şəbəkə iştirakçıları arasında paylaşılır. Ağıllı müqavilələr tərəflər arasında özünüicra şərtləri ilə avtomatlaşdırmaq istədiyiniz biznes proseslərini kod sətirlərinə yazaraq sənədləşdirir. Əməliyyatlar izlənilə bilən və geri qaytarıla bilməz şəkildə aparılır və bu təşkilatlar arasında etimad yaradır. Nəticədə, bizneslər sürətli və məlumat əsaslı qərarları qəbul edə bilir, vaxta qənaəti təmin edir, habelə xərc və riskləri azaldır. 120,000-dən çox töhfə verən təşkilat və birlikdə işləyən 15,000-dən çox mühəndisə malik Hyperledger Fabric, müəssisələrin data məxfiliyi tələblərini qoruyarkən, eyni zamanda, CrediVault və onun müştərilərinə miqyaslanabilən bir məhsuldarlıq təklif edir.

Data təhlükəsizliyinin idarə edilməsində Blokçeyn istifadəsinin üstünlükləri

Data üzrə müdaxiləyə ən davamlı mövcud rəqəmsal texnologiya.

Təhlükəsizlik

Yalnız autentifikasiya və avtorizasiyadan keçmiş istifadəçilər

İzləniləbilən

İcra olunmuş bütün əməliyyatların tarixçəsi zəncirdə loqlar vasitəsi ilə qeyd olunur

Şəffaflıq

Əməliyyatda iştirak edən bütün tərəflər əməliyyatının bütün şərtləri və qaydaları barədə tam məlumatlıdılar

Blokçeynin tətbiqi sahəsi

Bankçılıq Deutsche Börse Group aid Hyperledger Nümunəsi

Here we explain how the Group explores the potential usage of Hyperledger Fabric to enable cash and securities transactions, including the ability to conduct multijurisdictional transfer of securities.

Blokçeyn borcverən şirkətlər ilə üz üzə: Qarşıda bir çıxış yolu varmı?

Keçən il blokçeyn maliyyə sahəsində ən maraqlı sahələrdən birinə çevrildi. Bəs özəl borc firmaları gəmiyə girməyə nə dərəcədə hazırdırlar?

Hyperledger Fabric Blokçeyn texnologiyasından istifadə edən şirkətlər

Etibarlı sənədlər səninlə başlayır

Ən kritik məlumatın təhlükəsizliyinə doğru birinci addımı atın

Etibarlı sənədlər səninlə başlayır

Ən kritik məlumatın təhlükəsizliyinə doğru birinci addımı atın